Vüqar Həşimovun üçüncü Memorialının keçirilməsi ehtimalı yüksəkdir

“Synergy Group” ASC idarə heyəti sədrinin birinci müavini və “Shamkir Chess 2015” təşkilat komitəsinin sədri Fəxriyar Cabbarov bildirib ki, müdiriyyət növbəti Vüqar Həşimov Memorialı barədə düşünür. Allsport.az xəbər verir ki, hələlik, tam müəyyənlik olmasa da, gələn il Şəmkir turnirinin keçirilməsi ehtimalı yüksəkdir.

Əsas superturnirdən başqa, uşaqlar arasında da yarış təşkil edilə bilər. Fəxriyar Cabbarov qeyd edib ki, turnir yaxşı nüfuz qazanıb və onu qorumaq lazımdır.

Həmin kateqoriyadan