“Vüqar Həşimovun uğurları yeniyetmə şahmatçılar üçün məktəbdir”

“Vüqar Həşimovun qazandığı nailiyyətlər təkcə, ölkəmizdə deyil, bütün dünyada böyük rəğbətlə qarşılanıb. Onun uğurları bu gün yeniyetmə şahmatçılar üçün bir məktəbdir”.

Allsport.az saytı xəbər verir ki, “Vüqar Həşimov Memorialı-2021”in təşkilat komitəsinin üzvü, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının prorektoru Fərid Mansurov deyib.

Turnirin əhəmiyyətini yüksək qiymətləndirən olimpiya çempionu, şahmatsevərlərin bu yarışdan bəhrələnəcəyini diqqətə çatdırıb, bu yarışın təşkilini Azərbaycanda intellektual idman növlərinin inkişafına böyük təkan verdiyini və şahmatın kütləviləşməsində böyük rol oynadığını söyləyib.

Həmin kateqoriyadan