“Vüqar Həşimovun xatirə turniri beynəlxalq şahmat təqvimində ən güclülərdən biridir”

“Vüqar Həşimov memorialı  beynəlxalq şahmat təqvimində ən güclü turnirlərdən biridir və xüsusi çəkiyə malikdir. Bu il keçiriləcək turnirə 7 ölkədən seçmə şahmatçılar qatılacaqlar”.

Allsport.az saytı xəbər verir ki, bu sözü gənclərin dünya çempionu Abdulla Qədimbəyli deyib. O, rəqiblərin yetərincə güclü olduğu deyib. Bildirib ki, mükafatçılar sırasında yer almaq üçün ən yaxşısını etməyə çalışacaq: Ancaq əmsal baxımından imkanımı çox böyük qiymətləndirmirəm. Düşünürəm ki, istədiyim kimi oynasam, uğurlu nəticə qazana bilərəm.

Superturnirin təşkilinin yeni nəsil şahmatçıların yetişməsinə böyük təkan verəcək. Azərbaycanın ilk Avropa çempionluğunda Vüqar Həşimovun vacib qələbəsinin hər bir azərbaycanlının yaddaşında xoş iz buraxıb”.

Vüqar Həşimovun xatirə yarışı dekabrın 17-dən 24-dək Bakıda keçiriləcək.

Həmin kateqoriyadan