Vüqar Həşimovun xatirə turnirinin püşkatması oldu

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess-2016” superturnirinin püşkatması keçirilidi. Allsport.az saytı xəbər verir ki, mərasimin nəticəsinə əsasən, Şəhriyar Məmmədyarov ilk turda dünya çempionluğu uğrunda norveçli Maqnus Karlsenlə üz-üzə gələcək rusiyalı Sergey Karyakinə rəqib oldu.
Digər qarşılaşmalarda Rauf Məmmədov Aniş Giri (Niderland), Teymur Rəcəbov Hou Yifanla (Çin), Eltac Səfərli Pavel Elyanovla (Ukrayna), Fabiano Karuana (ABŞ) Harikrişna Pentala (Hindistan) ilə qarşılaşacaq.
Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək superturnirə sabah start veriləcək. Qalib dairəvi sistemlə 9 turluq mübarizə nəticəsində müəyyənləşəcək.

Həmin kateqoriyadan