Vüqar Məmməd: Heç bir göstəricidə İspaniya millisindən geri qalmadıq

U-19 millinin baş məşqçisi Vüqar Məmməd İspaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoxlama oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 0:2 bitən matçdan sonra bunu söyləyib:

“Avropa çempionlarına qarşı layiqli futbol oynayan komandamın hər bir üzvünə təşəkkür edirəm. Oyun çox surətli keçdi. İspaniya kimi güclü komandaya qarşı İspaniyada oynamaq bizim üçün çox böyük təcrübə oldu. Heç bir göstəricidə rəqibdən geri qalmadıq.

Bu futbolçulara görə gələcəyə ümidlə baxmaq olar. Belə oynasaq, Avropa çempionatının elit-raund mərhələsində uğur qazana bilərik. Fürsət həmişə var. Uğur qazanmaq üçün çalışacağıq. Taktiki baxımdan daha da ağıllı futbol oynamalıyıq. Bunun üçün bu təlim-məşq toplanışından daha səmərəli istifadə etməliyik”.

Həmin kateqoriyadan