Vüqar Məmməd: İstər yoldaşlıq, istərsə də rəsmi oyunlar, ciddiyəti əldən verməməliyik

Bu gün U-19 millimiz İspaniyanın “Ranero” komandasının müvafiq yaş qrupundan ibarət komandasına 6:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, yoldaşlıq oyunundan sonra baş məşqçi Vüqar Məmməd bunu deyib:

“Qələbə münasibətilə komandamı təbrik edirəm. Fürsətdən istifadə edib bütün futbolçulara fürsət verdik. Oyun ərzində bir çox taktiki gedişi sınaqdan keçirdik. Müəyyən epizodlarda istədiyimiz alınırdı, bəzi epizodlarda çatışmayan nüanslar gördük.

Bu cür oyunlarda rəqibə daha ciddi yanaşmalıyıq. Çünki bizi qarşıdakı oyunlarda daha sürətli, taktiki baxımdan daha kombinasiyalı oyunlar gözləyir. İstər yoldaşlıq, istərsə də rəsmi oyunlar olsun, ciddiyəti əldən verməməliyik”.

Həmin kateqoriyadan