Vüqar Nadirov üçün əlamətdar oyun

Topaz Premyer Liqasının 25-ci turu “Qarabağ”ın futbolçusu Vüqar Nadirov üçün bu komandanın heyətində 200-cü çempionat matçı kimi tarixə düşüb. Allsport.az xəbər verir ki, “Xəzər Lənkəran”la görüşə (1:0) start heyətində çıxan oyunçu 2001/02 mövsümündə debüt etdiyi klubdakı matçların sayında yubiley həddinə çatıb.

Ölkə çempionatında “Xəzər Lənkəran”, “Masallı” və “Karvan”da da oynayan Nadirov ümumilikdə 283 qarşılaşmada 41 qol vurub. Bunlardan 200 oyun və 27 qol “Qarabağ” karyerasına təsadüf edib.

mövsümoyunQol
2001/0222
2003/04153
2004/05254
2009/10292
2010/11301
2011/12222
2012/13285
2013/14335
2014/15163
Cəmi20027

Nadirov digər yarışları (avrokuboklar, Birlik kuboku, ölkə kuboku) da nəzərə almaqla, Ağdam klubunda 261 matçda 38 dəfə fərqlənib. O, Azərbaycan çempionatları tarixində eyni klubda 200 və daha çox oyun keçirən 15-ci futbolçudur.

1. Aslan Kərimov (“Qarabağ”) – 268

2. Sakit Alıyev (“Turan”) – 248

3. Müşfiq Hüseynov (“Qarabağ”) – 244

4. Nizami Sadıqov (“Turan”) – 237

5. Səttar Əliyev (“Qarabağ”) – 230

6. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)– 227

7. Yaşar Hüseynov (“Qarabağ”) – 226

8. Müşfiq Vəliyev (“Viləş”) – 221

9. Alay Bəhramov (“Viləş”) – 220

10-11. Eltay Aslanov (“Turan”) – 208

Usim Nduka (AZAL) – 208

12. Vladimir Levin (“İnter”) – 205

13. Nadir Nəbiyev (“Turan) – 204

14. Namiq Yusifov (“Qarabağ”) – 203

15. Vüqar Nadirov (“Qarabağ”) – 200

Həmin kateqoriyadan