“Xəzər adaların”da Beynəlxalq Şahmat Mərkəzi yaradılacaq

Bakıda olan Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov “Xəzər adaların”da olub. Allsport.az xəbər verir ki, “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşən Kirsan İlümjinov “Xəzər adaların”da Beynəlxalq Şahmat Mərkəzinin yaradılması təklifi ilə çıxış edib.

Hacı İbrahim Nehrəmli qeyd edib ki, prezident İlham Əliyev Azərbaycanda şahmatın inkişafına böyük diqqət göstərir və bu məqsədlə Dövlət Proqramı da qəbul edilib. “Avesta Concern”in prezidenti “Xəzər adaların”da Beynəlxalq Şahmat Mərkəzinin yaradılmasının prezident İlham Əliyevin Azərbaycanda şahmatın inkişafı siyasətinə dəstək ola biləcəyini qeyd edib və Mərkəzin yaradılması üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Danışıqların sonynda “Xəzər adaların”da Beynəlxalq Şahmat Mərkəzinin yaradılması ilə bağlı ilkin razılıq əldə edilib. Qərara alınıb ki, Beynəlxalq Şahmat Federasiyası “Xəzər adaların”da yaradılacaq Beynəlxalq Şahmat Mərkəzi ilə bağlı bir neçə layihə hazırlasın və “Avesta Concern”in nümayəndə heyyəti ilə növbəti görüşdə təqdim etsin.

Həmin kateqoriyadan