- Baxış sayı: 39
- 23 İyun 2026 18:11
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Bakı” – AzAL matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Qarabağ” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 12-ci dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə, klub 2000 manat cərimə olunub.
“Sumqayıt” – “Qəbələ” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.
“İnter” – “Neftçi” matçında “Neftçi”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.