«Xəzər-Lənkəran» 8 sayta reklamı kəsdi!

Reytinqi aşağı qiymətləndirilən bu saytlar hansılardır?

«Neftçi» klubunun ardından «Xəzər-Lənkəran» da KİV-ə reklamı kəsib. Allsport.az saytının məlumatına görə, «ağ-qaralar»dan fərqli, «gəmiqayıranlar» bütün media orqanları ilə deyil, 8 idman saytı ilə əməkdaşlığı mövsümün sonunacan kəsib.

Komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib ki, İstanbulda yüksək texnologiyalar vasitəsi ilə aparılan manitoriq zamanı, Sportlife.az, Futbolxeber.az, Futbolmedia,az, İdman.com.az, Sportmedia.az, Pressinq.az, Supersport.az və Sportnews.az saytlarında reytinq aşağı olduğundan, bu ilin yanvarından onlara reklam ödənişi dayandırılır.

Əgər adı çəkilən portallardan hansılarsa öz üzərlərində işləyib oxunma sayında irəliləyişlər etsələr, onda həmin saytlarla anlaşmaya gələn mövsümdən yenidən baxılacaq.

Həmin kateqoriyadan