“Xəzər Lənkəran” sabah Bakıya yola düşür

Azərbaycan kubokunda mübarizəni dayandıran “Xəzər Lənkəran” ara vermədən məşqlərini davam etdirir. Allsport.az xəbər verir ki, Lənkərandakı bazasında gündə bir dəfə olmaqla hazırlıq keçən komanda bu gün məşqini tamamlayıb, sabah Bakıya yola düşəcək.

Hazırda yalnız qapıçı Vyakeslav Tomiç zədədən əziyyət çəkir ki, qolkiperin müaliçəsi paytaxtda aparılır. Onun növbəti matçda komandasına kömək etmək ehtimalı həkimlər tərəfindən yüksək qiymətləndirilir.

Premyer Liqanın 16-cı turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” oyun öncəsi son məşqini də Şüvəlanda, matçın baş tutacağı “AZAL Arena”da keçirəcək.

Həmin kateqoriyadan