“Xəzər Lənkəran” Türkiyə toplanışına kimləri apardı?

“Xəzər Lənkəran” bu gün səhər saatlarında qış təlim-məşq toplanışı məqsədi ilə Türkiyəyə yollanıb. Allsport.az xəbər verir ki, Antalyanın Bələk bölgəsində yerləşən “Crystal Tat Beach” otelində yerləşəcək komanda 20 günlük toplanış çərçivəsində 5 yoxlama oyununa çıxacaq.

Elbrus Məmmədovun başçılıq etdiyi heyət toplanışda aşağıdakı tərkibdə iştirak edəcək.

Orxan Sadıqlı, Vyekoslav Tomiç, Tərlan Qasımzadə, Rasim Ramaldanov, Tural Cəlilov, Elvin Mirzəyev, İlyas Səfərzadə, Ruslan Cəfərov, Elnur İsmailov, Maqsum Qəmbərli, Rahid Əmirquliyev, Alfred Sanko, Sadio Tounkara, İlqar Ələkbərov, Kamran Abdullazadə, Bəhruz Teymurov, Elşən Rzazadə, Elsevər Bəkirzadə, Kazım Kazımlı, Ağabala Ramazanov, Nurxan Mənsimzadə, Anar Babazadə, Elnur Cəfərov.

Qeyd edək ki, Elnur Cəfərov hazırda U-19 yığmamızla birgə Sankt-Peterburqda olduğundan toplanışa gec qoşulacaq.

Həmin kateqoriyadan