“Xəzər Lənkəran” üçün 10 illiyin ən yaxşıları

“Xəzər Lənkəran” Futbol Klubu və İdman Araşdırmalar Mərkəzi (İAM) klubun 10 illik yubileyinə həsr olunmuş daha bir layihəni yekunlaşdırıb. Allsport.az xəbər verir ki, bu dəfə İAM klubun tarixi ərzində ən yaxşı yerli futbolçusunu, legionerini və simvolik komandasını seçib.

Bu məqsədlə ölkəmizin aparıcı KİV-lərində çalışan idman jurnalistləri arasında sorğu keçirilib. Respondentlərə İAM-ın Ekspert və Qiymətləndirmə Qrupunun müəyyənləşdirdiyi 33 namizəd futbolçu arasından seçim aparmaları təklif olunub. Həmin oyunçulardan 3-ü qapıçı, hərəyə 12-si müdafiəçi və yarımmüdafiəçi, 6-sı isə hücumçudur. Həmkarlarımız bu siyahıdan ən yaxşı yerli və əcnəbi futbolçunu, eləcə də 1-4-4-2 taktiki sxeminə uyğun olan oyunçuları seçiblər.

Simvolik komanda:
I. Qapıçı (1): Kamran Ağayev (32 səs)
II. Mərkəz müdafiəçiləri (2): Adrian Skarlatake (30), Elvin Beqiri (13)
III. Sağ cinah müdafiəçisi (1): Füzuli Məmmədov (25)
IV. Sol cinah müdafiəçisi (1): Radomir Todorov (15)
V. Dayaq yarımmüdafiəçisi (1): Rahid Əmirquliyev (29)
VI. Mərkəz yarımmüdafiəçisi (1): Mario Souza (18)
VII. Sağ cinah yarımmüdafiəçisi (1): Julius Vobay (17)
VIII. Sol cinah yarımmüdafiəçisi (1): Adrian Pit (22)
IX. Hücumçular (2): Zaur Ramazanov (29), Oqtay Dərəlioğlu (14)
X. Ən yaxşı yerli futbolçu – Rahid Əmirquliyev (14)
XI. Ən yaxşı legioner – Oqtay Dərəlioğlu (11)

Həmin kateqoriyadan