“Xəzər Lənkəran”dan ayrıldı, İran klubuna keçdi

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Fernando Qabriel özünə yeni klub tapıb. Allsport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bundan sonra İran çempionatında çıxış edəcək.

Fernandinyo qonşu ölkənin “Persepolis” klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsümün əvvəlindən cənub klubunda çıxış etsə də, qış fasiləsində əksər oyunçularla yanaşı komandadan ayrılmışdı.

Həmin kateqoriyadan