“Xəzər Open” beynəlxalq şahmat festivalı başa çatdı

Rəşt şəhərində keçirilən 13-cü beynəlxalq “Xəzər Open” şahmat festivalı başa çatıb. Allsport.az xəbər verir ki, festivalda 15 ölkədən 321 zəka sahibi qələbə uğurunda mübarizə aparırdı.

Yarış bir neçə – A ,B ,C və D qrupları üzrə keçirilirdi. Ölkəmizi bu turnirdə müxtəlif qruplarda 60 şahmatçı təmsil edirdi. A turnirində mübarizə aparan təmsilçilərimizdən Azər Mirzəyev sonucu turda rəqibi üzərində qələbə qazanaraq 7 xalla turnirin bürünc mükafatçısı olub. Bu qrupda mübarizə aparan digər təmsilçilərimiz – Ramil Əlləcov və Qulam Məmmədov hərəyə 6 xal toplayaraq 9-15-ci yerləri bölüşdürüblər. Əlavə göstəriilərə görə Əlləcov 14-cü, Məmmədov isə 15-ci yerin sahibi olub. Nərmin Kazımova isə aktivinə 5.5 xal yazaraq turniri 23-cü yerdə bitirib. Misrətdin İsgəndərov 5 xal, Rəşad Zeynallı 4.5 xal və Zaur Bayramov 4 xal toplayıb. Turnirin qalibi isə aktivinə 8 xal yazan Polşa şahmatçısı Yacek Stopa olub.

B qrupunda mübarizə aparan həmyerlimiz Mirmusa Feyziyev axırıncı turda yerli şahmatçı Behtaş Salimifarda məğlub olaraq birinci olmaq şansını itirib. Beləliklə, Feyziyev 9 oyundan 7 xal toplayaraq 6-cı yerə çıxıb. Vəli Zeynalzadə 6.5 xalla 14-cü, Murad İbrahimli 6 xalla 25-ci və Vüqar Manafov eyni xalla 29-cu olub.

C qrupunda iştirak edən şahmatçılarımızdan Xatun Bağırova aktivinə 5.5 xal yazaraq 9-cu yerə çıxıb. Ləman Hüseynova 12-ci, Aytac Heydərova isə 13-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan