X turun növbəti oyunları baş tutub

Ötən gün kişi voleybolçuların yüksək liqasında növbəti oyunlar keçirilib.

Allsport.az xəbər verir ki, GİN-nin voleybol mərkəzində X turun iki qarşılaşması baş tutub. MOİK “Gənclər”lə, “Neftçi” isə “Xilasedici” komandası ilə üz-üzə gəlib.
Turun ilk qarşılaşmasında Cavid Süleymanovun komandası 3:1 hesabı ilə “Gənclər”i məğlub edib. “Neftçi” və “Xilasedici” oyunu isə gərginliyi ilə yadda qalıb. Bu qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. “Xilasedici” komandası 3:2 hesabı ilə “Neftçi”yə qalib gəlib.

Yüksək liqa (kişilər)
12 fevral
X tur
MOİK – “Gənclər” 3:1 (25:21, 25:23, 21:25, 25:15)
“Neftçi” – “Xilasedici” 2:3 (25:22, 31:33, 29:27, 18:25, 12:15)

13 fevral

16:00. “Murov Az Terminal” – “AZERRAIL”
Ünvan: GİN-nin voleybol mərkəzi

Həmin kateqoriyadan