Xaçmazda şahmat turniri

Allsport.az xəbər verir ki, Xaçmazda ümummilli lider Heydər Əliyevin xatirəsinə qızlar arasında şahmat turniri təşkil edilib.

Turnir Azərbaycan şahmat federasiyasının qadın və sosial komissiyası, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi eləcə də YAP Xaçmaz rayon təşkilatının birgə dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov, Xaçmaz rayon İcra hakimiyyətinin başçısının birinci müavini Anar Oruclu, AŞF-nin qadın və sosial komissiyasının rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova eləcə də YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov iştirak edib.

Xaçmaz təmsilçisi olan komanda turnirdə birinci yerə layiq görülüb.

Həmin kateqoriyadan