Xorvatiya millisinin “ay-ulduzlular”ımızla oyun üçün heyəti

Xorvatiya millisinin AÇ-2020-nin qrup ələməsində Azərbaycan və Macarıstanla keçirəcəyi oyunlar üçün heyəti bilinib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Zlatko Daliç 24 futbolçuya dəvət göndərib. “Damalılar” Zaqrebdə “ay-ulduzlular”ımızla martın 21-də, hunlarla Budapeştdə, ayıın 24-də qarşılaşacaq.

Qapıçılar: Lovre Kaliniç (“Aston Villa”, İngiltərə), Dominik Livakoviç (“Dinamo”, Zaqreb), Simon Sluqa (“Riyeka”);

Müdafiəçilər: Domoqoy Vida (“Beşikdaş”, Türkiyə), Deyan Lovren (“Liverpul”, İngiltərə), Tin Yedvay (“Bayer”, Almaniya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Marin Leovaç (“Dinamo”, Zaqreb), Antonio Miliç (“Anderlext”, Belçika), Due-Çaleta Çar (“Marsel”, Fransa);

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, İspaniya), İvan Rakitiç (“Barselona”, İspaniya), Mateo Kovaçiç (“Çelsi”, İngiltərə), Milan Badel (“Latsio”, İtaliya), Marselo Brozoviç (“İnter”, İtaliya), Marko Roq (“Sevilya”, İspaniya), Mario Paşaliç (“Atalanta”, İtaliya), Filip Bradariç (“Kalyari”, İtaliya);

Hücumçular: İvan Perişiç (“İnter”, İtaliya), Andre Kramariç (“Hoffenhaym”, Almaniya), Ante Rebiç, (“Ayntraxt”, Almaniya), Marko Pyatsa, (“Fiorentina”, İtaliya), Nikola Vlaşiç (SSKA, Moskva, Rusiya), Yosib Brekalo (“Volfsburq”, Almaniya).

Həmin kateqoriyadan