Xüsusi olimpiyaçı qızlar arasında florbol üzrə yoxlama yarışı

Bu gün Şağan olimpiya idman kompleksinin meydançasında Azərbaycan xüsusi olimpiya komitəsinin təşkilatçılığı ilə qızlar arasında florbol üzrə yoxlama yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu sınağa 12 komanda qatılacaq.

Turnir xüsusi internat, tam və inklüziv orta məktəblərdən və sosial müəssisə şagirdlərindən, məzunlarından, eyni zamanda, ailələrdən olan qızlar arasında “İnklüziv birləşmiş idman komandası” proqramına uyğun keçiriləcək.

Həmin kateqoriyadan