- Baxış sayı: 65
- 23 Oktyabr 2026 19:48
- Baxış sayı: 614
- Oktyabr 21, 2026
- 0

Beynəlxalq dopinq-test agentliyi rusiyalı cüdoçu Matvey Kanikovskinin yarışlarda iştirakını müvəqqəti dayandırıb.
Allsport.az xəbər verir ki, 24 yaşlı idmançıdan martın 15-də götürülmüş nümunədə qadağan olunmuş maddə aşkarlanıb.
Matvey Kanikovski məhz bu səbəbdən 16-19 apreldə Tbilisidə keçirilən Avropa çempionatını buraxmışdı. Eyni zamanda, onun adı 4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün Rusiya milli komandasının siyahısına daxil edilməmişdi.
Məlumat üçün əlavə edək ki, 100 kq çəki dərəcəsində çıxış edən Matvey Kanikovski 2025-ci ildə dünya, 2024-cü ildə Avropa çempionatında qızıl medal qazanıb.