- Baxış sayı: 66
- 08 Noyabr 2026 18:41
- Baxış sayı: 300
- Noyabr 09, 2026
- 0

Fiqurlu konkisürmə üzrə 2020-ci il gənclər arasında dünya çempionu Kamilə Vəliyeva diskvalifikasiya müddətində keçirdiyi hisslərdən danışıb.
Allsport.az xəbər verir ki, 20 yaşlı rusiyalı idmançı həmin dövrdə əvvəlki həyatından heç nə üçün darıxmadığını bildirib:
“Düzünü desəm, heç nə üçün darıxmıram. Açığı, yaşamaq ümumiyyətlə maraqsız idi. İnsan bir rejimə öyrəşir: idman, idman, idman… Birdən-birə bunların heç biri olmur və özünə yer tapa bilmirsən. Üstəlik, karyeranı bitirmək barədə qərar verməmisənsə, sadəcə rahatlanıb divanda otura bilmirsən”.
O əlavə edib ki, hazırda evə qayıtdıqdan sonra adi həyatını davam etdirir və serial izləməyə də vaxt ayıra bilir.