“Yaxın müddətdə işğaldan azad olunan torpaqlarda şahmat turniri keçiriləcək”

Şahmat federasiyasının rəhbərliyi Şuşada olub. Allsport.az saytı xəbər verir ki, AŞF-in prezidenti Mahir Məmmədov səfərlə bağlı açıqlama verib: “Təsəvvür etməzdim ki, Şuşaya səfər edəcəyik. Bu gün rahat şəkildə Şuşaya səfər etdiyimizə görə ali baş komandan İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna təşəkkür etmək istəyirəm.

Tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad etdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə şəfa versin.

Bir günlük səfər zamanı mövcud şəraitlə tanış olduq. Gənclər və İdman nazirliyi ilə, nazir Fərid Qayıbovla mütəmadi olaraq əlaqədəyik. Nazirliklə məsləhətləşmələr davam edir.

Yaxın müddətdə səfalı torpaqlarımızda şahmat üzrə turnirin keçirilməsi müzakirə edilir. Yarışın tarixi və digər məlumatlar dəqiqləşəndən sonra ictimayyətə məlumat veriləcək”.

Həmin kateqoriyadan