“Yaxşı formada olsaydım, daha yaxşı nəticə göstərə bilərdim”

Paytaxtda şahmatçıların ölkə çempionatı sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışda bürünc medal qazanan Gülnar Məmmədova çıxışını belə dəyərləndirib:

“Bu gün şahmat üzrə Azərbaycan çempionatı başa çatdı. Hədəfim çempionluq idi. Ancaq üçüncü yeri tutdum. Hər halda, medal medaldır və bürünc medalı özüm üçün qənaətbəxş nəticə sayıram. Əlbəttə, daha yaxşı nəticə qazana və daha keyfiyyətli oyun göstərə bilərdim.

Yəqin ki, son 4 ayda (klassik şahmat üzrə) heç bir turnirdə iştirak etməməyin fəsadları sözünü dedi. Yarışa şəxsi səbəblərdən yaxşı hazırlaşa bilmədiyimi də etiraf edirəm. Düzdür, cüzi də olsa, reytinq itirdim. Yaxşı formada olsaydım, daha yaxşı nəticə göstərə bilərdim.

İnşallah, şahmat olimpiadasına qədər daha bir neçə turnirə qatılacağam. İnanıram ki, daha yaxşı hazırlıq və daha çox oyun ən vacib yarışa yüksək formada yollanmağa imkan verəcək”.

Həmin kateqoriyadan