Yekaterina Sarıyeva Avropa çempionatında 3-cü divizionun qalibi oldu

Polşanın ev sahibliyi etdiyi 3-cü Avropa oyunlarının tərkib hissəsi olan atletika üzrə komandalar arasında Avropa çempionatı davam edir.

Allsport.az xəbər verir ki, oyunların ikinci günündə 3 təkanla tullanma yarışındakı təmsilçimiz Yekaterina Sarıyeva uğurlu çıxışla yadda qalıb.

İlk iki cəhdi uğursuz alınan Sarıyeva ardından 13.22 metr göstərici ilə 14 atletin mübarizə apardığı yarışda liderliyə yüksəlib. İdmançımız son cəhdində nəticəsini daha da yaxşılaşdırıb. 13.38 metr göstəriciyə nail olan Sarıyeva bütün rəqiblərini geridə qoyaraq 3-cü divizionun qalibi olub.
Digər idmançılarımızın nəticələri.
Uzunluğa tullanma – Kəsgin Abbaszadə – 7.12 metr – 8-ci yer
Lövhə atma. İsmail Əliyev. 44.83 metr. 10-cu yer
1500 metr məsafəyə qaçış. Elman Abışov. 4.18.19. 11-ci yer
800 metr məsafəyə qaçış. Anna Yusupova. 2.17.33. 10-cu yer
400 metr məsafəyə sədlərlə qaçış. Cavid Məmmədov. 55.76. 6-cı yer
Estafet 4×100 metr. Aleksey Əliəkbərov ,Əli Abdiyev ,Qadir Qurbanov, Kəsgin Abbaszadə . 42.63. 7-ci yer

Fərdi yarışlarda oyunların mükafatçıları 3 divizionun hamısında mübarizə yekunlaşdıqdan sonra ümumi nəticələr əsasında müəyyən ediləcək.

Həmin kateqoriyadan