Yelkənli qayıqçılarımız Omanda təlim-məşqdə və yarışda iştirak edəcək

Yelkənli qayıq üzrə millimiz Omanda təlim-məşq toplanışı və yarışda iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, beynəlxalq səviyyəli mütəxəssis Dragan Gasicin iştirak edəcəyi toplanışa 23 ölkənin komandası qatılacaq.

Ərəb diyarında “Optimist” sinfi üzrə Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Səxavət Əzimov, “Laser” sinfi üzrə Murad Allahverdi, İsmayıl Kərimov və Cavid Kərimov təmsil edəcəklər.

“Optimist”də baş məşqçi Seyhun Ulduz, “Laser”də məşqçi Tuğçə Subaşının yer aldığı heyətə Burcu Algon Giorgianni rəhbər olacaq.

Həmin kateqoriyadan