Yeni pasport almadığı üçün millimizin toplanışına qatılmadı

Nuğay Rəşidov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışına qatılmayıb.

Allsport.az xəbər verir ki, “Qəbələ”dən toplanışa dəvət olunmuş futbolçu sənədində olan problemlə əlaqədar (pasportunun istifadə müddətinin sonuna 60 gün qaldığı üçün) komanda ilə birgə səfərə yollana bilməyib.

Pasportun yenilənməsinin vacibliyi barədə milli komandanın inzibatçısı futbolçuya bir neçə dəfə xəbərdarlıq etsə də, Rəşidov yeni pasport almaylb.

Həmin kateqoriyadan