Yeniyetmə taekvondoçular dünya birinciliyinə yollanıb

Bolqarıstan paytaxtı Sofiyada ölkəmiz 17 idmançı ilə təmsil olunacaq.

Allsport.az saytı xəbər verir ki, baş məşğçi Elnur Amanov və böyük məşçi Vurğun Cəfərov oğlanlarda Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Əbdülsübhan Dadaşov (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (65 kq yuxarı) etimad göstərib.

Qızlarda Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq), Fatimə Həsənova (51 kq) mübarizə aparacaqlar.

28 iyulda start veriıləcək dünya birinciliyinə 31 iyulda yekun vurulacaq. Beynəlxalq dərəcəli referi Aygül Abdullayeva da ölkəmizi təmsil edəcək.

Həmin kateqoriyadan