Yeniyetmələrin Azərbaycan çempionatına start verildi

Allsport.az xəbər verir ki, 8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan Çempionatında 3 turun oyunları keçirilib.

16 rayon-şəhərdən 134 şahmatçının qatıldığı Azərbaycan çempionatı “Təhsil” respublika idman məkrəzinin 3 nömrəli RİOEUGİM-in yarış zalında təşkil edilir.

Dairəvi sistem üzrə keçirilən çempionatda 18 yaşadək oğlan və qızlarda 7 tur, digər bütün yaş qruplarında isə 11 tur olmaqla oynanılır.

Yarışın keçirilməsində əsas məqsəd ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyin qeyd edilməsi, Azərbaycanda yeniyetmə şahmatçılar arasında şahmatın kütləviliyinin daha da artırılması, dünya və Avropa çempionatlarında iştirak edəcək şahmatçıların müəyyən edilməsindən ibarətdir.

Çempionata 26 iyun 2023-cü il tarixində yekun vurulacaq.

Həmin kateqoriyadan