Yeniyetmələrin qitə çempionatında 4 şahmatçımız liderdir

Xorvatiyanın Poreç şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı keçirilir. Allsport.az saytı xəbər verir ki, 41 ölkədən 848 yeniyetmə oğlan və qız 8-dən 18-dək yaş dərəcələrində qitənin ən güclüsü adı uğrunda mübarizə aparır. Azərbaycanı seçmə yarışlarda fərqlənən 25 şahmatçı təmsil edir.

3 turnirdə finişə bir tur qalmış Azərbaycan şahmatçıları liderlər qrupundadırlar. Şahmatçılarımız arasında ən yaxşı nəticəni Leyla Budaqova, Gövhər Beydullayeva (hərəyə 6,5 xal) göstəriblər. Onlar 12 yaşadək qızların qrupunda liderdirlər.

Ayan Allahverdiyeva 6,5 xalla 10 yaşadək qızların qrupunda , Riad Səmədov 7 xalla 8 yaşadək oğlanların qrupunda liderlik edirlər. Avropanın növbəti yeniyetmə çempionları sabah müəyyən olunacaq.

Həmin kateqoriyadan