Yığmanın üzvləri üçün seminar keçirildi

Allsport.az xəbər verir ki, AFFA-nın təhsil və reabilitasiya mərkəzində seçmə mərhələ ərəfəsində 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri üçün danışılmış oyunlarla bağlı maarifləndirici seminar keçirilib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

Həmin kateqoriyadan