Yunis Hüseynov: “Oyunumuzdan razı qaldım”

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov premyer liqanın 6-cı turunda “Səbail”lə matçdan sonra fikirini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, 1:1 bitən oyunla bağlı bunu deyib:

“İlk növbədə, hazırda cəbhədə döyüşən əsgərlərimizə uğurlar arzulayırıq. Həmçinin, Gəncədə düşmən tərəfindən atılmış mərmi nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm.

Oyuna gəldikdə isə, deyə bilərəm ki, bura 3 xal üçün gəlmişdik. Xeyli sayda qol epizodları yaratdıq və oyunumuzdan razı qaldım. Növbəti matçda bizi çətin rəqib gözləyir. Həmin qarşılaşmada 3 xal qazanmağa çalışacağıq”.

Həmin kateqoriyadan