Yurçeviçin vida sözü

Yurçeviçin vida sözü

Azərbaycan millisinin baş məşqçi postundan gedən Nikola Yurçeviç sosial şəbəkə hesabında vida sözü yazıb. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis hər kəsə təşəkkür edib:

“AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisini çalışdırdım. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə – futbolçulara, köməkçilərə, dəstəkçilərə, AFFA-ya təşəkkür edirəm. İndi yeni fürsətlər üçün səbirsizlənirəm”.

Azərbaycan millisi 52 yaşlı mütəxəssisin rəhbərliyi ilə AÇ-2020-nin seçmə mərhələsində 8 oyuna 1 xal yığıb.

Həmin kateqoriyadan