Zeynəb Məmmədyarova “Miss Chess Uqra” seçilə biləcəkmi?

İyunun 17-26-da Rusiyanın Xantı-Mansiyskdə komandalararası dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda mübarizə aparacaq 10 ən gözəl qadın şahmatçının adı açıqlanıb. Müəyyənləşən Top-10-da azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarovanın var.

O, Natalya Buksa (Ukrayna), Karina Şzepkovska (Polşa), Xalid Mona (Misir), Valentina Qunina (Rusiya), Bela Xorenaşvili (Gürcüstan), Venyun Ju (Çin), Tanya Saçdev (Hindistan), Katerina Nemçova (ABŞ) və Ti May Hunq Hquyen (Vyetman) ilə rəqabətdədir. Artıq bunun üçün chess.pw saytında səsverməyə də start verilib.

Həmin kateqoriyadan