“Zirvə” atletləri son gündə “kiçik” bürünclə kifayətləndilər

“Zirvə” İdman Klubu üçün Kiprin Limassol şəhərində ağır atletika üzrə gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı başa çatıb. Allsport.az xəbər verir ki, son gündə daha iki idmançımız körpücük üzərinə çıxıb.

“Zirvə”nin avqustda Xırdalanda keçirilən ilk dünya çempionatında ikinci olan və qızıl medalı son yanaşmada əldən verən Georgi Çxeidze, bu dəfə Avropa çempionatında yarışıb. O, 105 kq çəki dərəcəsində mübarizə aparıb. Birdən qaldırma hərəkətində 164 kq-la 5-ci yeri tutan Çxeidze, təkanla qaldırmada daha yaxşı çıxış edib. O, 201 kq-la Avropa 3-cülüyünə yiyələnib. Toplamda 365 kq nəticə göstərən Georgi ümumi sırlamada 4-cü olub.

“Kişinyov-Zirvə” klubunun nümayəndəsi Marin Qoloqan yaşı 23-ə qədər olan atletlərin mübarizəsində 85 kq çəki dərəcəsindən çıxış edib. O, 153 kq-la birdən qaldırma hərəkətində 5-ci, təkanla qaldırmada isə 178 kq-la 9-cu olub. Toplamda 331 kq nəticə göstərən Qoloqan Avropa çempionatında 7-ci yeri tutub.

Həmin kateqoriyadan