FOTO
“Zirvə”nin kollektivi “20 Yanvar” şəhidlərinin xatirəsini yad edib

“Zirvə İdman Kompleksi”nin kollektivi Abşeron Rayonunda “20 Yanvar faciəsi” şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyublar. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, yanvarın 20-də Xırdalan şəhər sakinləri faciə qurbanlarının xatirəsini böyük ehtiramla yad edib. Rayonun rəhbər işçiləri, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri abidə kompleksinin önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini dərin hüznlə yad ediblər.

İlk olaraq Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov abidə önünə gələrək əklil və gül dəstələri qoyaraq şəhidlərin xatirəsinə ehtiramını bildirib. Sonra “20 Yanvar” gününə həsr olunmuş bədii anım mərasimi təşkil olunub. Burada şəhidlərimizin qəhrəmanlıq ruhuna şeirlər deyilib, həmin gecədə baş verənlər bir daha xatırlanıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Bu, qəhrəmanlıq, mərdlik və hünər tarixidir. “Zirvə İdman Kompleksi” MMC-nin kollektivi də xalqımızın bu günündə də onun yanındadır. Dünən şirkət əməkdaşları “20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılan abidəyə baş çəkərək, kollektiv adından abidə önünə əklil və gül dəstələri qoyublar.

10926301_832533610153097_2706392956231827880_o10835156_832533626819762_5977609923856774667_o10904120_832533703486421_8811382668602803199_o10317605_832533760153082_7606412802710338092_o10835370_832533800153078_6613945616894385411_o906321_832533810153077_1902057081469655197_o  10915311_832533943486397_8265595311477134820_o10830749_832533956819729_1533042949242744821_o

Həmin kateqoriyadan