“Zirvə” oyunlarında qalib üzgüçülər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 7-ci “Zirvə” beynəlxalq uşaq oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, Xırdalanda AAAF hovuz və spa mərkəzindəki üzgüçülük hovuzunda keçirilən yarış yetərincə maraqlı alınıb və diqqət mərkəzinə düşüb.

Yeniyetmə qızlar və oğlanlar güclərini arxası üstə, brass və kroll növlərində sınayıblar. Yarışda Azərbaycanla yanaşı iranlı idmançılar da iştirak edib, medal qazanmaq üçün üzüblər. Qonşu ölkə təmsilçilərindən biri – Anayka Məleyki hətta qızıl medal qazanmağa da macal tapıb.

Digər qruplarda Selcan Abbasova, Aytac Abbasova, oğlanlarda Cavid Kərimov, Samir Tağıyev, Əli Quluzadə və Nihat Hüseynov hamıdan sürətli olaraq çempion adına layiq görülüblər.

Mükafatçılara təşkilatçılar tərəfindən medal, diplom və xatirə hədiyyələri təqdim edilib.

Həmin kateqoriyadan