“Zirvə” oyunlarının ən güclü tennisçiləri

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda və Astarada 7-ci “Zirvə” beynəlxalq uşaq oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, kompleksin mərkəzi meydançasında xüsusi olaraq bu oyunlar üçün qurulan kortda üz-üzə gələn gənc tennisçilər qalibləri müəyyən etmək üçün yarışdılar.

Fərdi yarışda oğlanlarda Kənan Qasımov, qızlarda Alina Hüseynova, qarışıq cütlüklərdə isə yenidən Kənan Qasımov – Alina Qavriş rəqiblərini üstələyərək qızıl medal əldə ediblər.

Yarışların təşkilat komitəsinin rəhbər şəxsləri, həmçinin AAAF holdinqin idarə heyətinin sədri Rəşad Əliyevin iştirak etdiyi təltifetmə mərasimində fəxri kürsüyə qalxanlara medal, diplom və xatirə hədiyyələri təqdim edilib.

Həmin kateqoriyadan