“Zirvə”dən növbəti jest: Ölkə başçımızın ad günü şərəfinə Xəlil Mutluya mənzil hədiyyəsi

Azərbaycan idmanının lider klublarından biri – “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində klublarası ilk dünya çempionatının final mərhələsi start götürüb. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, dekabrın 24-də Türkiyənin paytaxtı Anqarada yerləşən və kluba məxsus olan “Altunpark-Axarsu” İdman Kompleksinin yarış zalında görkəmli açılışı keçirilib. Mərasim yarışda iştirak edən klubların loqoları olan lövhələr və təmsil etdikləri ölkələrin bayraqlarının gətirilməsi ilə start verildi. Bu lövhə və bayraqları həmin klubların məşqçi və idmançıları salona gətirdilər.

Sonra çıxışlara başlanılıb. Ilk olaraq söz Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tamər Daşpınara verildi. O, bunları dedi: “Hamınızı salamlayıram və bu böyük turnirə xoş gəlmisiniz deyirəm. Azərbaycan və Türkiyə, həmçinin dünya ağır atletikasının inkişafı üçün “Zirvə” İdman Klubunun gördüyü işlər əvəzsizdir.  Bir klub olaraq idmana qatdıqları dəyər, çəkdikləri zəhmətlə nümunə təşkil edən bu klub nümayəndələrinə təşəkkür etmək gərəkdir. Xüsusilə, klubun prezidenti Tofiq Heydərova ayrıca ços sağ ol deyir, ona minnətdarlığımı bildirirəm. Bilirsiniz ki, idman bir ürək işidir. Onu sevməsən, uğur qazana bilməzsən. Burada, Ankaradakı “Altınpark-Akarsu” İdman Kompleksində keçirilən yarış bu insanların idmana sevgisinin böyüklüyünü göstərir. Yalnız öz ölkəsi Azərbaycan deyil, həmçinin Türkiyə, eləcə də digər Avropa və digər qitələrdəki ölkələrdə ağır atletikanın yüksəlməsini düşünmək, buna təkan verməyə çalışmaq fikri çox gözəldir. İnşallah, bu əməklər boşa getməz və daha böyük uğurlar qazanılaraq dünya idmanında bir iz açılar. Bir daha bura gələn hər kəsə təşəkkür edir, “Zirvə” İdman Klubu, onun beynəlxalq layihəsi “Zirve İnternational Sport Clubs”a uğurlar arzulayıram”.

Daha sonra “Zirve İSC” prezidenti Tofiq Heydərov çıxış etdi. Kompleksə toplaşan hər kəsi salamlayan natiq, çıxışını belə davam etdirdi: “Hamınıza təşəkkür edirəm. Dünənə qədər klubumuz yalnız Azərbaycanda yarışlar keçirirdi. Bu gün isə biz “Zirvə”nin ölkə xaricindəki ilk beynəlxalq yarışına toplaşmışıq. Yer seçimi üzərində çox düşünmədik. Tarixən eyni köklərə malik olduğumuz Türkiyə, hələ 90-cı illərin əvvəllərində əksər ağır atletlərimizə qucaq açmış, onların uğurlarına yardımçı olmuşdu. Elə ağır atletika üzrə ilk dünya çempionumuz olan Hafiz Süleymanov da Türkiyə bayrağı altında çıxış etmişdi. Odur ki, qərarımızı qardaş ölkə lehinə verdik və bundan da çox məmnunuq.

Türkiyə Ağır Atletika Federasiyası son işləriylə ölkə idmanına bir oyanış gətirib. Onların bu addımlarını alqışla qarşılayır, tam dəstəyimizi bildiririk. Federasiya tərəfi bizə bu çempionatın keçirilməsində də böyük kömək etdilər ki, buna görə də böyük təşəkkürü özümə borc bilirəm. Azərbaycanda da idmanın inkişafı göz qabağındadır. 2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımız Bakıda keçirilməsi buna daha bir sübutdur. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin şəxsi diqqət və qayğısı nəticəsində ölkə idmanımız zirvələri fəth edir və fəth etməkdə də davam edəcəkdir. Fürsətdən istifadə edərək, bu gün ad gününü qeyd edən dövlət başçımızı təbrik edir, ona can sağlığı arzulayır, fəaliyyəti, hər addımı ilə bizə, bütün Azərbaycana, onun idmanına qayğısına görə təşəkkür edirəm. Bir daha qonaqlarımızı salamlayır, maraqlı mübarizə olacaq yarış izləməyi arzulayıram”.

Nitqlər bitdikdən sonra təqdimat mərasiminə keçildi. “Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərov Türkiyə Ağır Atletikasının prezidenti Tamer Daşpınar, üçqat olimpiya çempionu, “Zirvə”nin yaxın dostu Xəlil Mutlu, “Altunpark”ın sahibi olan ANFA Şirkətlər Qrupunun rəhbərliyi, həmçinin Ankara Böyük Şəhər Bələdiyyəsi nümayəndəliyinə təşəkkür plaketləri verdi. Bununla yanaşı, Heydərov Türkiyə Cüdo Federasiyasının prezidenti Fateh Uysal, Azərbaycanlı İş Adamları Birliyinin idarə heyətinin üzvü İlham Abbasov, Azərbaycanın Türkiyədəki Səfiri Faiq Bağırovun təmsilçisinə, həmçinin yarışın sponsorları Əli Cavadov və Vüqar Həbibov, Azərbaycanın böyük uğurlar qazanmış gənc ağır atleti Rüstəm İmanzadənin məşqçisi Anar Qasımova  xüsusi xatirə medalları təqdim etdi. Üstəlik, yuxarıda adı çəkilən hər kəsə AAAF Park Yaşayış Kompleksində istifadə üçün “Qızıl kart”lar verildi. Bu, kompleksin tarixində ilk belə kartların məhz bu insanlara verilməsi onlara verilən dəyərin göstəricisidir.

Qarşılıq olaraq Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tamər Taşpınar klubumun prezidenti Tofiq Heydərov və “Zirvə” İdman Klubunun baş məşqçisi, dünya və Avropa çempionu Hafiz Süleymanova təşəkkür plaketi verdi.

Daha bir böyük hədiyyə Xəlil Mutluya qismət oldu. Klub prezidentimiz Tofiq Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin bu gün qeyd etdiyi ad günü münasibətilə üçqat olimpiya, dəfələrlə dünya və Avropa çempionu və rekordçusu, “Zirvə”nin dostu olan sabiq atletə AAAF Park Yaşayış Kompleksində üçotaqlı evin açarlarını təqdim etdi. Sonda açılış mərasimin bədii hissəsi başladı. Türkiyənin tarixi “Mehtərlər komandası” göstərisi salona toplaşanların alqışların səbəb oldu.

10562715_695819077199347_8231718276010627207_o 10848701_695820177199237_1965407984946439573_o 10863818_695820527199202_8090419219065429167_o 10863964_695819210532667_1314878962653462086_o 10869443_695819670532621_3128574148172405227_o 10869843_695818660532722_5048998803535378906_o 10872644_10205741503560776_1730287039_n 10873586_695820953865826_9052741208703983912_o

Həmin kateqoriyadan