- Baxış sayı: 91
- 02 Noyabr 2026 19:17
- Baxış sayı: 390
- Noyabr 09, 2026
- 0
Norveçin Forde şəhərində ağırlıqqaldıranların Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, millisinin və “Zirvə” Beynəlxalq İdman Klubunun bir üzvü – Elnarə Abbasova körpücük üzərinə çıxıb. O, 63 kq çəki dərəcəsində mübarizə aparıb.
“B” qrupunda yarışan idmançımız birdən qaldırma hərəkətində 79 kq, təkanla qaldırma isə 102 kq-lıq ştanqı ram edə bilib. Toplamda 181 kq (79+102) nəticə göstərən Abbasova, ümumi sıralamada 15-ci yeri tutub.