“Zirve”nin dünya çempionatında ilk qalib Türkiyə atleti oldu

“Zirve İnternational Sport Clubs” çərçivəsində Anqara şəhərində təkil olunan klublarası ilk dünya çempionatının final mərhələsində Azərbaycandan başqa 10 ölkədə – Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, Bolqarıstan, Polşa, Belarus, İran, Ukrayna və Moldova – olan filialların idmançıları iştirak edirlər.

Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, ilk olaraq körpücük üzərinə U-15, yəni yaşı 15-ə qədər olan qızlar çıxıblar. Maraqlı mübarizə şəraitində keçən qrupda qalib adını “Zirvə” İdman Klubunun Ankara filialının nümayəndəsi Qəmzə Yayla qazanıb. O, toplamda 151 kq (69+82) nəticə göstərməklə,227.77 sinkleyr xalı toplayıb və qızıl medala layiq görülüb.

İkinci pillədə Ukrayndan “Jidaçiv-Zirvə” klubundan Qalina Didık, üçüncü pillədə isə Bolqarıstandan “Smolyan-Zirvə” klubundan Qalya Şatova yer alıb.

Həmin kateqoriyadan