Mətbuat şurasında görüş

Bu gün dünya narkotiklə mübarizə aparan idmançılar federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyevin Azərbaycan mətbuat şurasının sədri Əflatun Amaşovla görüşü olub.

Allsport.az xəbər verir ki, yığıncaqda “olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev də iştirak edib.

Toplantıda narkomaniyaya qarşı mübarizədə maarifləndirmə, gənclərin daha çox idmana meyl edilməsi, sağlam həyat tərzinin təbliği kimi məsələlərdə mətbuatın rolundan danışılıb. Gələcək layihələrlə bağlı maraqlı və faydalı müzakirələr aparılıb.

Sonda DNMAİF-in 2011-2020-ci illərdə fəaliyyətinə həsr olunmuş kitab qonaqlara hədiyyə olunub.

Həmin kateqoriyadan