Əjdər Cəfərov «Təhsil» Respublika İdman Mərkəzinə direktor təyin olunacaq?

Ötən ay Güləş federasiyasının keçmiş baş katibi Əjdər Cəfərova yeni vəzifə verildi. Allsport.az saytı xəbər verir ki, o, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə direktor təyin olundu. İdarə Ayna Sultanova küçəsi 13-də yerləşir. Həmin zaman bu təyinat idman ictimaiyyətində rezonansa yol açmışdı.

Necə oldu ki, 5 il AGF-də baş katib, ona qədər hakimlər kollegiyasının sədri olmuş, amma çoxsaylı şikayət və maliyyə yeyintisi ehtimalı səbəbindən, 2016-cı il fevralın 4-də federasiya prezidenti Fazil Məmmədovun əmri ilə işdən uzaqlaşdırılan bu şəxsə yenidən etimad göstərildi?! Yayılan söz-söhbətə görə, bu vəzifə keçid xarakteri daşıyır. O, «Təhsil» Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcovun yerinə gətiriləcək.

Başqa bir məlumatda deyilir ki, gənclər və idman nazirliyində etibarı itirən Əjdər Cəfərov idmana qayıtmaq üçün təhsil nazirliyi vasitədi ilə hərəkətə keçib. Burada onun dostlarının olduğu söylənilir.

Həmin kateqoriyadan