Əjdər Cəfərovdan qalan ənənə: Namiq Əliyev güləşçilərin məşqini izlədi, KİV-ə açıqlama verdi

Bu gün yığmalarımızın açıq məşqini Güləş federasiyasının prezident əvəzi Namiq Əliyev izləyib. Allsport.az saytı xəbər verir ki, dünya çempionatına yollanacaq milli üzvlərinin hər biriylə görüşüb, onlara uğurlar arzulayan AGF rəhbəri bunları deyib:

“Yarışa tam hazırıq. 8 gündən sonra dünya çempionatı başlayacaq. Düzdür, komandalarımıza təcrübəli güləşçilərlə yanaşı, gəncləri də cəlb etmişik. Gənclər arasında dünya çempionu olan və gümüş medal qazanan güləşçilərimizi əsas heyətdə sınaqdan keçirmək istəyirik. Gəncləşmiş heyətlə Macarıstana yollanırıq. Olimpiada üçün hədəflərimiz var. Ona görə də gəncləri sınamaq fikrindəyik.

Güləş həmişə nəticə verib. Hesab edirəm ki, bu dəfə də istisna olmayacaq. Baxmayaraq ki, heyətdə yetərincə gənc güləşçi var. Ümumən pəhləvanlarımız yaxşı formadadır. Ab-hava da yüksək səviyyədədir.

Böyük perspektiv vəd edən gənc güləşçilərimiz var. Ancaq onların adlarını açıqlamaq istəmirəm. Çünki ad çəkən kimi dərhal bütün dünyanın nəzəri onlara yönəlir. O gənclər özlərini mütləq Olimpiya Oyunlarında göstərəcəklər. Toğrul Əsgərovun London Olimpiadasında sürpriz qələbəsini təkrarlayacaq güləşçilərimiz var”.

Qeyd edək ki, Əjdər Cəfərovun 2016-cl ilin fevralında baş katiblikdən ayrılandan sonra, UWW-nin büro üzvü millinin məşqlərində gürünmürdü. Gənc mütəxəssisdən fərqli, indiki icraçı-rəhbərlik Namiq Əliyevin yığmanın məşqlərində olması, böyük yarışlar ərəfəsində heyəti elan etməsi və KİV-ə açıqlama verməsində maraqlı deyildi. Amma indi uğur qazanmaq üçün Əjdər Cəfərovun proqramından istifadə etməyə başlayan vitse-prezident Firdovsi Umudov və baş katib Orxan Məmmədov onu yaydan komandaların hazırlığına dəvət etməyə başlayıblar.

Həmin kateqoriyadan