Əjdər Cəfərovun rus dilində Vikipediyası – Ad gününə hədiyyə

Sabah tanınmış idman mütəxəssisisi və dövlət qulluqçusu Əjdər Cəfərovun 32 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, bu münasibətlə jurnalist dostları ona hədiyyə ediblər.

Güləş federasiyasının keçmiş baş katibinin rus dilində Vikipediyası hazırlanıb. Orda onun həyat və idman karyerasını əks etdirən material yerləşdilib, AGF-də qazandığı uğurlar müqabilində aldığı dövlət mükafatları qeyd olunub.

Qeyd edək ki, Əjdər Cəfərov hazırda “Təhsil” İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində direktor vəzifəsində çalışır.

 

 

Həmin kateqoriyadan