- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 3 gün davam edən ənənəvi yarışda bizimkilər də iştirak edib.
Memorialda gənc Əbülfəz Nəsirov (61 kq) fərqlənib. O, bürünc medala sahib çıxıb. Digər milli üzvlərindən İslam Bazarqanov (57 kq), Coşqun Əzimov (74 kq) və İslam İlyasov (97 kq) 5-ci yer tutublar.