Əli Rəhimzadə: Güclü güləşçiləri məğlub edib, vacib anda səhv etmək adama təsir edir

Romada güləş üzrə Avropa çempionatı davam edir. Meydan artıq “sərbəstlər”ə verilib. 65 kq-da Əli Rəhimzadə debütdə bürünc medal qazandı. O, mükafatlandırmadan sonra qələbə təssuratını allsport.az saytına danışdı:

“Qrupun çox güclü idi. Buna rəğmən, ilk sınaqda olimpiya, dünya və 3-qat Avopa çempionu Vladimir Xinceqaşviliyə qalib gələ bildim. Bu, mənim üçün böyük uğur idi. Sonra yolum açıldı. Yarımfinalda da belaruslu rəqibimi üstələməliydim. Amma alınmadı.

Deməzdim ki, təcrübəm çatmadı. Yarımfinala qədər güclü idmançıları məğlub etmişdim. Yorğunluğu da vurğulamazdım, çünki yarışa yaxşı hazırlaşmışdıq. Finala adlaya bilməməyimin səbəbini məşqçilər deyəcək. Səhvlərimin üzərində çalışacağam. Güclü idmançıları məğlub edib, belə anda səhvlər etmək adama təsir edir. Məşqçilər də deyir ki, çempion olmalı idin.

Bu çəkidə 3-qat dünya və Avropa çempionu Hacı Əliyev var. Sağ olsun, o, mənə gənc olduğum üçün yol açdı, qitə çempionatına gəldim və medal qazandım. Etimadı az da olsa, doğrultdum”.

Kamran HACI, Roma

Həmin kateqoriyadan