- Baxış sayı: 45
- 26 İyun 2026 00:10
- Baxış sayı: 41
- İyun 26, 2026
- 0

İstanbulda “Yaşar Doğu” mükafat yarışının 2-ci günündə fəxri kürsünün zirvəsinə çıxaraq əsgər salamı verən sərbəst güləşçimiz Əli Rəhimzadə (65 kq) Astara güləş məktəbinin yetirməsindir. Onu indidən millimizin kapitanı – olimpiya və dünya mükafatçısı və 3-qat Avropa çempionu Cəbrayıl Həsənovun (86 kq) davamçısı saymaq olar.
Gənc bahadırımız mükafatlandırmadan sonra fikrini bölüşüb. Bu yarış üçün Türkiyənin mədəni paytaxtına yollanan tanınmış güləş azarkeşi Bəxtiyar Əliyev allsport.az saytına özəl olaraq onun video-açıqlamasını yollayıb:
“Özüm indi hərbi xidmətdəyəm. Bu üzdən, qələbəmi Qarabağ şəhidlərinə, səngərdə Vətənin keşiyini çəkən əsgərlərimizə həsr edirəm”.


