Əliş Nəzərov: Çalışacağıq ki, Tokio oyunlarına xal ehtiyatını artıraq

Dekabrın 20-də Dohada Qətər kuboku start götürəcək. Yarışda 3 milli üzvü iştirak edəcək. Bu ağırlıqqaldıranlardan biri gənc Əliş Nəzərovdur (109 kq). 20 yaşlı idmançı allsport.az saytına açıqlamasında lisenziya xalı verən sınaqda durumu yaxşılaşdırmaq istəyindədir:

“Sabah səfərə çıxırıq. Çalışacağıq ki, nəticələrimiz yaxşılaşdıraraq lisenziya xallarımızı artıraq və Tokio oyunlarına namizədlik üçün daha iddialı olaq. Ümid edirəm ki, hər üçümüz gözəl nəticə ilə dönərik, İnşallah. Hazırlıq da normal səviyyədə keçib. Hər şey qaydasında olmalıdır”.

Həmin kateqoriyadan