Ən aşağı nəticə

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında mübarizəni dayandıran daha 10 milli komandanın tutduğu yer dəqiqləşib.

 

Allsport.az saytı xəbər verir ki, 2-ci mərhələdə “E” qrupunda yalnız xorvatiyalı həmkarını üstələyən seçməmiz, bu yarışlarda ən aşağı nəticəsini göstərib – Aleksandr Çervyakovun rəhbərlik etdiyi yığmamız 3-cü dəfə iştirak etdiyi finallarda 15-ci yeri tutub.

 

Nəzərinizə çardıraq ki, 1994-cü ildə 9-cu olan Azərbaycan voleybolçuları, 12 il sonra 13-cü mövqedə qərarlaşmışdı. Millimiz İtaliyaya yeniləşmiş heyətlə yollanaraq yaxşı imkanlar qazansa da, Belçika və Dominikan Respublikasına uduzub, vacib xalları itirib.

 

Həmin kateqoriyadan