“Ən böyük arzum dünya çempionu olmaqdır”

Allsport.az xəbər verir ki, Yunan-Roma güləşində finala yüksələn Sənan Süleymanov 77 kq-da ökəmizə olimpiya lisenziyası qazandırıb. O, bu uğurla bağlı Azərbaycan güləş federasiyasının mətbuat xidmətinə təəssüratlarını bölüşüb:

“Çox gözəl hisslərdir. Düzdüz, daha öncə də dünya çempionatının finalına çıxmışam. Bu yarış mənim üçün çox vacib idi. Bir neçə yarışda müəyyən səbəblərə görə nəticə verə bilmirdim. Komanda yoldaşlarım da, məşqçilərimiz də bilir ki, mən yarışlara necə hazırlaşırdım. Sadəcə, bəzi səbəblərdən alınmırdı. Ancaq bu dünya çempionatında sözümü dedim. Finala çıxdım və olimpiadaya vəsiqə qazandım. Qırğızıstanlı Akjol Mahmudovla qarşılaşacağam. Revanş almağa çalışacağam. Ən böyük arzum dünya çempionu olmaqdır.

Həmin kateqoriyadan